`Cocuq Mərcanlı böyük qayıdışın başlanğıcıdır` - Əli Həsənov
15:48 21 Sentyabr 2017
Son 200 ildə ermənilər tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarının bir hissəsi yalnız 1994-cü ildə Horadiz əməliyyatı və 2016-cı ilin aprel ayında Lələtəpə əməliyyatı zamanı işğaldan azad edildi.
Femida.az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük qayıdışın başlanğıcı - Cocuq Mərcanlı" filminin təqdimatında deyib.
Ə.Həsənov bildirib ki, xarici və media nümayəndələrinin və daha sonra xarici ölkələrin səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil olundu.
Baş nazirin müavini qeyd edib ki, xarici qonaqlar cəmi 4 ay erməni işğalı altında qalmış Cocuq Mərcanlı kəndində törədilmiş vəhşilikləri gördülər və bununla da erməni vandalizmi bütün dünyaya bir daha yayıldı:
"Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı sərəncam imzaladı. Artıq kənd əhalisinin bir hissəsi öz doğma yurdlarına qayıdıb və yeni evlərin tikintisi davam edir. Beləliklə, bu, böyük qayıdışın başlanğıcıdır".
Femida.az
Oxunub: 851
Oxşar xəbərlər
- `Mənə arvadını təklif etdi, beynim çöndü...` - MƏHKƏMƏDƏ ŞOK İFADƏ
- “TANAP-ın tikintisi 80 faizdən çox tamamlanıb“ - Nazir
- “Sovetski”dən ikinci köç - Detallar açıqlandı
- Ağdamda yeniyetmə tutuldu - Oğurluğa görə
- Siqaretdən istifadə məhdudlaşdırılır - Qanun qəbul edildi
- İqtisadiyyat Nazirliyinin strukturu dəyişdi, vəzifələri artdı
- Naməlum şəxslər 31 yaşlı kişini döydü - Tovuz bazarında qanlı hadisə
- Salatın Əsgərovanın doğum günüdür
- Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
- Bu il 13 bank filialı bağlanıb - Azərbaycanda